Litvanın tanınmış biznes şirkətləri Bakı Limanına səfər ediblər

Kənd təsərrüfatı, qida və yüngül sənaye sahələrində çalışan işgüzar nümayəndə heyəti Limanla mümkün əməkdaşlıq imkanlarını araşdırmaq üçün Bakı Limanına səfər edib.

Limandan SİA-ya bildirilib ki, qonaqları Bakı Limanın Əsas yük terminalının rəisi Kamran Cəlili qarşılayıb və onlar dəniz və quru nəqliyyat növlərini birləşdirən liman terminallarının təkmilləşdirilmiş mexanizmləri, habelə limanın cari və gələcək yükaşırma imkanları ilə tanış edib.

Nümayəndə heyətinin rəsmisi - Litva Respublikası Prezidentinin müşaviri cənab Vaidas Augustianavicius Bakı Limanının dayanıqlı inkişaf təşəbbüsləri, ətraf mühitin qorunması və regionda dairəvi iqtisadiyyatın yaradılmasına töhfə vermək üzrə məqsədlərinin əhəmiyyətli olduğunu bildirib.

Qeyd edək ki, qonaqların Bakı Limanı ilə tanışlığı Azərbaycan İqtisadiyyat Nazirliyi və AzPromo -nun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan-Litva Biznes Forum çərçivəsində həyata keçirilib, 20-dən çox Litvanın biznes şirkəti qeyd olunan forumda iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə