Dünya bazarında polietilen məhsullara təlabat artır

Dünya bazarında polietilen məhsullara təlabat artır

“Dünya bazarında polietilen məhsullarına təlabat getdikcə artır”. SİA xəbər verir ki, bu fikirləri SOCAR “Azərikimya” İctimai Birliyinin Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev KİV nümayəndələrinə açqılamasında bildirib.

O qeyd edib ki, SOCAR etilen-polietilen zavodunda həm aşağı təyziqli polietilen, həm də propilen məhsulları, həmçinin xammal məhsulları istehsal olunur: “2016-cı ildən modürnizasiya işlərinə başlanılmışdır. Modernizasiya işlərindən sonra zavodun istehsal həcmləri bəzi məhsullar üzrə 2 dəfə, bəzi məhsullar üzrə isə 3 dəfə artmışdır. Modernizasiya nəticəsində bir çox müəsisələr, bir çox qurğular avtomatlaşdırılmış, yeni qurğuların tikintisinə start verilmişdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə