Ağıllı kənd təsərrüfatı NƏDİR? - İQTİSADÇI DANIŞDI

Ağıllı kənd təsərrüfatı NƏDİR? - İQTİSADÇI DANIŞDI

“Ağıllı kənd təsərrüfatı bilavasitə həm kənd təsərrüfatı sahələrinin idarə olunmasında, həm də inkişaf etdirilməsində məhz smart texnologiyların və smart yanaşmaların tətbiqi nəticəsində göstərilən kənd təsərrüfatı fəaliyyətidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, biz buna ağıllı smart kənd təsərrüfatı deyə bilərik: “Ağıllı kənd təsərrüfatı konsepsiyasının tətbiqi məhsuldarlığın artmasına gətirib çıxarır. Eyni zamanda qiymətlərin rəqabət qabiliyyətli olmasına imkan verir. Məhsuldarlığın artması hər məhsul vahidinə düşən maya dəyərinin aşağı formalaşması rəqabət qabiliyyətli bazarlarda məhsulun ucuz qiymətə satılmasına səbəb olur.

Ağıllı kənd təsərrüfatının bundan əlavə olaraq müəyyən üstünlükləri də mövcuddur. Hazırda bildiyimiz kimi kənd təsərrüfatı sahəsində sığorta problemləri yaşanır. Yəni kənd təsərrüfatının sığortalanması ilə bağlı ciddi problemlər yaşanır. Sığortaçı tərəf bunu sığortalamaqda tərəddüd edir. Kənd təsərrüfatı subyektləri isə məhz sığorta hallarının daha yuxarı olmasını əsas gətirərək bundan imtina edirlər. Çünki bu proses biri digərindən ciddi şəkildə asılı bir prosesdir. Ona görə ki, kənd təsərrüfatı fəaliyyəti digər iqtisadi fəaliyyət sahələri ilə müqayisədə son dərəcə riskli fəaliyyətdir. Çünki bunun iqlim şəraiti - yağışı, quraqlılığı və s. var. Bunların da sığortalanması sığortaçılar üçün o qədər də sərfəli deyil. Çünki əksər hallarda sığorta hadisəsi baş verir. Yəni tələf olmuş məhsullara daha çox rast gəlirik. Bu zaman isə artıq sığorta haqqı ödənilməli olur. Bu isə təbii olaraq sığorta şirkətlərinə baha başa gəlir. Bunun da risklərini azaltmaq üçün kənd fəaliyyətinin sığortalanması daha baha formalaşır. Çünki bu sahə üzrə risk faktoru böyükdür. Baha qiymətlərlə sığortalanmaq isə fermerlərə sərf etmir.

Məhz ağıllı kənd təsərrüfatı konsepsiyasının genişlənməsi həm də bu cür sığorta ilə bağlı problemlərin də aradan qaldırılması üçün istifadə edilə bilər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə