Avropadakı qaz nəyə görə uculaşıb? - SƏBƏBLƏRİ BƏLLİ OLDU - İQTİSADÇI AÇIQLADI

Avropadakı qaz nəyə görə uculaşıb? - SƏBƏBLƏRİ BƏLLİ OLDU - İQTİSADÇI AÇIQLADI

“Bütövlükdə Avropada qazın qiymətində sıçrayışlar olur. Yəni qazın qiymətində artımlar və azalmalar müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, artıq Avropda qaza tələbin azaldığını görə bilirik: “Çünki Avropada mavi qaz məhz isitmə və bir sıra sənaye məqsədi ilə istifadə olunur. Sənaye məqsədi ilə mavi qazdan istifadə davam etsə də, kommunal baxımdan isə artıq az istifadə olunur. Bu da mavi qaza olan tələbin azalmasına gətirib çıxardır. Ona görə də qiymətdəki dəyişikliklər məhz tələbin tədricən azalması və eyni zamanda ABŞ-da illik 15 milyard kub metr mavi qazın əlavə olaraq Avropaya nəql edilməsi Avropanın tələbi baxımından yeni addımdır. Lakin ümumilikdə qazın qiymətinin uculaşması daha çox mövsümü və müvəqqəti xarakter daşıyır. Avropa alternativ mənbələr tapmağa çalışır. Beləliklə yalnız bu səbəbdən qazın qiymətində stabiliyi formalaşdırmaq olar”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə