Helsinki ilə Sankt-Peterburq arasında yük daşımaları bərpa olunacaq

Helsinki ilə Sankt-Peterburq arasında yük daşımaları bərpa olunacaq

Finlandiyanın “VR Group” milli dəmir yolu operatoru paytaxt Helsinki ilə Sankt-Peterburq arasında yük daşımalarını bərpa edəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, operatorun qərarına uyğun olaraq sərnişin daşımaları hələ də dayandırılmış vəziyyətdə qalacaq.

Şirkətin məlumatında deyilir ki, bundan əvvəl Finlandiya operatoru Böyük Britaniyanın “Rusiya Dəmir Yolları”na qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən Rusiya ilə dəmir yolu əlaqəsini dayandırmışdı. Lakin sonradan sanksiyaların “VR Group” ilə imzalanan müqavilələrə şamil edilmədiyi müəyyənləşmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə