Rusiya Belarusa kreditlər üzrə 5 illik güzəşt müddəti verib

Rusiya Belarusa kreditlər üzrə 5 illik güzəşt müddəti verib

"..Moskva Minskə kreditlər üzrə 5-6 il möhlət verdi”.

SİA-nın “vestikavkaza”ya istinadən verdiyi məlumata görə, bunu Belarusun Maliyyə Nazirliyinin rəhbəri Yuri Seliverstov bildirib.

Ödənişlərin bir hissəsinin daha rahat şərtlərə dəyişdirilməsinin müzakirə edildiyini bildirən belaruslu nazir bunun hər iki ölkə üçün məqbul olduğunu da dilə gətirib.

Seliverstov belə bir qərarın Belarusa resursları yayındırmamağa imkan verməklə yanaşı, öhdəlikləri yerinə yetirməyə imkan verəcəyini bildirib. Təbii ki, belaruslu nazir öhdəlik deyərkən Rusiyadan olan tərəfdaşlarına olan borcları nəzərdə tutur.

Qeyd edək ki, İttifaq dövləti ərazisində vahid valyutanın tətbiqi perspektivini rədd edən nazir Moskva və Minsk isə qarşılıqlı hesablaşmalarda mütləq dollardan imtina edəcəklərini də bəyan edib.

“Bir məsələ var ki, biz dövlətlərimizin xarici ticarətdə malik olduğu valyutadan istifadə etməliyik”-deyə Yuri Seliverstov bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə