DB Ukraynaya 200 milyon dollar əlavə maliyyə yardımı ayırıb

DB Ukraynaya 200 milyon dollar əlavə maliyyə yardımı ayırıb

Dünya Bankı Ukraynaya həssas əhali qrupuna daxil olan insanlara sosial xidmətləri gücləndirmək üçün ötən həftə təsdiqlənmiş 723 milyon dollardan əlavə olaraq 200 milyon dollara yenidən proqramlaşdırılmış maliyyə yardımı ayırıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Dünya Bankının rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Qeyd olunur ki, sözügedən yardım yaxın aylarda Ukrayna üçün nəzərdə tutulan 3 milyard dollarlıq dəstək paketinin bir hissəsidir.

Dünya Bankının prezidenti David Malpass bildirib ki, bank Ukraynaya ehtiyaclarını ödəmək üçün 6-8 həftə ərzində 3 milyard dollarlıq dəstək paketini yekunlaşdırmağa ümid edir.

Bütün xəbərlər Facebook səhifəmizdə