Əmanətlərin sığortalanması nədir və insanlar necə yararlana bilər? - İQTİSADÇI ŞƏRH ETDİ
"Əmanətlərin sığortalanması dedikdə banklarda qoyduğumuz depozit hesablarının sığortalanması başa düşülür". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, əmanətlər sığortalı olarsa, bank müflis olanda, öz öhdəliklərini icra edə bilməyəndə Əmanətlərin Sığortalanması Fondu vasitəsilə həmin əmanətlər geri qaytarılır: "Burada faizlərə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurası baxır. Axırıncı dəfə qüvvədə olan faiz manat üzrə 12%-dən, xarici valyuta üzrə 2,5%-dir. Yəni faiz manat üzrə 12%-dən, xarici valyuta üzrə 2,5%-dən çox olmayan və Əmanətlərin Sığortalanması Fondunun üzvü olan banklarda yerləşdirilmiş əmanət avtomatik olaraq sığortalanır. İkinci məsələ isə məbləğ limitidir. Fiziki şəxsin bankda yerləşdirdiyi depozitin 100 minata qədər hissəsi avtomatik olaraq sığortalanır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs cari hesabında olan pulun 20 min manatına qədəri sığortalanmış olur. Yəni bank müflis olanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin əgər VÖENİ varsa, həmin əmanətin 20 min manatını Əmanətlərin Sığortalanması Fondu geri qaytarır".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB