Ötən il idxal əməliyyatlarının ən yüksək göstəricisi dekabrda qeydə alınıb

Ötən il idxal əməliyyatlarının ən yüksək göstəricisi dekabrda qeydə alınıb

2021-ci ildə Azərbaycanda ən çox idxal əməliyyatları dekabrda aparılıb. Dövlət Gömrük Komitəsindən SİA-ya bildirilib ki, keçən il idxal əməliyyatlarının ən yüksək göstəricisi dekabrda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb. Belə ki, dekabrda idxal əməliyyatlarının dəyəri 1 milyard 295 milyon ABŞ dolları, yanvarda isə 790,3 milyon dollar təşkil edib.

Qeyd edək ki, ötən il idxalın dəyəri 11 milyard 705,7 milyon dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə