‘‘BӘӘ Türkiyǝ ilǝ ticarǝt hǝcmini üç dǝfǝ artırmağı hǝdǝflǝyir’’

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyə ilə ticarət həcmini iki və ya üç dəfə artırmağı hədəflədiyini açıqlayıb.

SİA xəbər verir ki, bu barǝdǝ Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət mǝsǝlǝlǝri üzrə naziri Sani əz-Zuyudi bir televiziya kanalına verdiyi müsahibə zamanı bildirib.

Zuyudi ölkəsinin Türkiyə ilə ticarət həcmini iki vǝ ya üç dǝfǝ artırmağı hədəflədiyini qeyd edib.

Əbu-Dabi rəhbərliyinin Türkiyə ilə ticarət həcmini artırmaq səyləri iki ölkə arasında münasibətlərin yaxınlaşmasının ən bariz sübutu kimi qiymətləndirilir.

Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat Nazirliyinin hesabatına ǝsasǝn, son on ildǝ iki ölkǝ arasındaki ticarǝt dövrüyyǝsinin hǝcmi 89,6 milyard ABŞ dollarına çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...