CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 3-də 72,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,38 dollar/barel çoxdur.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,37 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,57 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,36 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,92 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,21 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə