SOCAR istiqrazlarının 5 illik tədavül müddəti yekunlaşıb

Azərbaycan kapital bazarında investorların ən çox tələbat göstərdiyi korporativ qiymətli kağız olan SOCAR istiqrazlarının 5 illik tədavül müddəti yekunlaşıb.

“SOCAR Capital”dan SİA -ya bildirilib ki, istiqrazların 20-ci və sonuncu kupon ödənişi nəticəsində 1 milyon 250 min dollarlıq faiz gəliri, eyni zamanda, 100 milyon dollarlıq əsas məbləğ istiqraz sahiblərinin hesablarına köçürülüb. Bununla da, investorların yekun qazancı 25 milyon dollara çatıb.

2016-cı ildə buraxılmış SOCAR istiqrazları tədavül müddəti boyunca bir çox uğura imza atılıb. Abunə yazılışı dövründə istiqrazlara iki dəfədən artıq tələb gəlib, təkrar bazar əməliyyatlarının həcmi 202 milyon dolları üstələyib, 2500-dən artıq əqd bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...