Bakı limanı Aİ-nin flaqman layihəsinin tərkib hissəsi olacaq

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Avropa İttifaqının yaxın illərdə reallaşdıracağı flaqman layihənin tərkib hissəsi olacaq.

SİA ə Trend-ə istinadən bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov deyib.

Onun sözlərinə görə, Aİ Bakı limanının fəaliyyətinin rəqəmsallaşdırılmasını, onun ekoloji təmiz zonaya çevrilməsini hədəfləyir: "2021-ci ilin dekabrında "Şərq tərəfdaşlığı" ölkələrinin zirvə görüşü keçiriləcək. Bu görüş zamanı bizim təklifləri-miz səsləndiriləcək. Azərbaycan üzrə təklifi biz hökumətlə birgə hazırlayacağıq. Bu görüşdən sonra investisiya layihəsinin reallaşdırılmasına başlayacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə