Azərbaycan banklarının xalis xarici aktivləri il ərzində 13,5% artıb
Bu il avqustun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 18 milyard 963,6 milyon manat təşkil edib. SİA-nın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu, iyulun 1-i ilə müqayisədə 3,7%, ilin əvvəlinə nisbətən 0,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,5% çoxdur.
İyulun sonuna bankların xalis daxili aktivləri 12 milyard 543,7 milyon manat olub ki, bu da, iyunun sonu ilə müqayisədə 4,5%, ilin əvvəlinə nisbətən 20,9%, illik müqayisədə isə 25,5% çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB