Azərbaycan tikinti materialların ixracından qazancını 34% artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 17,133 milyon ABŞ dolları dəyərində duz, kükürd, torpaq və daş, suvaq materialları, əhəng və sement idxal edib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,830 milyon ABŞ dolları (18,3 %) azdır.
Yeddi ay ərzində Azərbaycanın duz, kükürd, torpaq və daş, suvaq materialları, əhəng və sement ixracının dəyəri isə 19,331 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 4,869 milyon ABŞ dolları (33,7 %) çoxdur.
Hesabat dövründə duz, kükürd, torpaq və daş, suvaq materialları, əhəng və sement üzrə idxal Azərbaycanın ümumi idxalının 0,27 %-ni, ixrac isə ümumi ixracın 0,17 %-ni təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB