"Yol infrastrukturunun təkmilləşdirilməsi çox zəruridir" - İQTİSADÇI ŞƏRH ETDİ

“Azərbaycan höküməti tərəfindən atılan bu addımı yüksək qiymətləndirirəm. Kəlbəcər-Laçın iqtisadi rayonu Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşdiyi üçün iqtisadi, siyasi, hərbi əhəmiyyətə malik olan regionlardır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.

Onun sözlərinə görə, bunun üçün də həmin ərazidə yüksək infrastrukturun, avtomobil yollarının keyfiyyətli olması çox vacibdir: “Bildiyimiz kimi həmin ərazilərdə də Azərbaycanın təbii ehtiyatları mövcuddur. Sovetin dövründə həmin ərazilər mis, civə, qızıl yataqları ilə zəngin olduğu üçün həmin ərazidə bir çox kombinatlar, emal müəssisələri yerləşirdi. Təəssüflər olsun ki, işğal altında olan dövrdə həmin ərazilər yüksək dağıntılara məruz qalmışdı. Yol infrastrukturunun təkmilləşdirilməsi çox zəruridir. Çünki həmin ərazilər bizim üçün strateji, hərbi əhəmiyyət daşıdığı üçün həmin ərazilərdə gələcəkdə bir çox investisiya layihələr həyata keçiriləcəyi üçün həmin ərazilərdə yol infrastrukturu təkmilləşdirilməlidir. Bu səbəbdən Azərbaycan höküməti tərəfindən atılmış bu addımı yüksək qiymətləndirirəm. Avtomobil yollarının infrastrukturunun təkmilləşdirilməsi həm sosial, həm iqtisadi vəziyyətə, həm infrastrukturun təkmilləşdirilməsinə, eyni zamanda həmin ərazidə yerləşən müəssisələrin də durumunun daha da inkiaşf etməsinə töhfə verəcəkdir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə