Sel və qasırğanın vurduğu ziyan Avstraliya iqtisadiyyatını demək olar ki, iflic vəziyyətinə salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hətta indiki vəziyyətdə Avstraliya son 20 ilin ən çətin vəziyyətini yaşayır. Avstraliya cari ilin ilk rübündə əvvəlki illərlə müqayisədə 1.3% geriləmə yaşayıb. Avstraliyanın iqtisadiyyatı ən son 2008-ci ildə daralmışdı. Amma bundan sonra ölkə iqtisadiyyatında 2.7% irəliləmə müşahidə olunmuşdu.
Ölkənin təbii sərvətlərlə zəngin Queensland və Qərbi Avstraliya bölgəsində sel daha böyük ziyan vurub. Bu da ölkə rəhbərliyinin iqtisadiyyatdakı daralmanın qarşısını almağına mane olur.
Mütəxəssislər isə Avstraliya iqtisadiyyatının vəziyyətini tək sellə bağlamır. Avstraliya təbii sərvətlərinin alıcısı olan Çin, Hindistan və Yaponiya iqtisadiyyatının da geriləməsi də bu ölkənin iqtisadi durğunluq yaşamasına gətirib çıxarır. Çünki xammala tələb azaldıqca, həddən artıq yığılan təklif sonda həmin ölkə iqtisadiyyatına yük kimi qayıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB