“İqtisadi inkişaf üçün enerji təminatının böyük əhəmiyyəti var” DEPUTAT ŞƏRH ETDİ

"Kəlbəcər rayonunda bərpa işlərinin həyata keçirilməsi xüsusilə böyük önəm daşıyır və bunun isə bir neçə səbəbi var" . Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Millət vəkili vurğulayıb ki, əsas səbəblərdən biri Kəlbəcər rayonunun Ermənistanla sərhəd olan ən böyük rayonlarımızdan biri olmasıdır.

“Sırf qeyd edilən sərəncama, Kəlbəcərin elektrik enerjisinin təminatı üçün 24,5 milyon manat vısait ayrılmasına münasibətdə düşünürəm ki, burada iki istiqamət özünü göstərir. Birincisi, ümumi olaraq işğaldan azad olunan bölgələrimizdə elektroenergetika sisteminin qurulmasıdır. Kəlbəcər ölkəmizin həm də ərazi baxımından ən böyük inzibati rayonudur və təbii ki, onun iqtisadi inkişafı üçün enerji təminatının da böyük əhəmiyyəti var.

İkinci və daha önəmli istiqamət isə təhlükəsizlik məsələsidir. Təsadüfi deyil ki, sərəncamda da elektrik enerjisi ilə təchizatın məhz dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkili məqsədilə həyata keçirilməsi qeyd edilir. Burada elektroenergetika sisteminin üzərinə yalnız enerji təminatı deyil, həm də enerji təhlükəsizliyi kimi daha məsuliyyətli bir vəzifə qoyulmuşdur.

Bu baxımdan düşünürəm ki, sərəncamın zərurət yükü həddindən artıq böyükdür və işğaldan azad edilmiş ərazilərimizdə istər enerji təhlükəsizliyinin, istərsə də elektrik enerjisi ilə təchizatın təmin edilməsi üçün cənab Prezident tərəfindən imzalanmış ən önəmli sənədlərdən biridir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...