Rusiyanın “LUKoil” neft şirkəti “AzEurotel”dəki payından imtina edib

Rusiyanın “LUKoil” neft şirkəti “AzEurotel”dəki payından imtina edib

"AzEurotel" Birgə Müəssisəsinin təsisçilərindən biri – Rusiyanın "LUKoil" neft şirkəti müəssisədəki payından imtina edib. SİA-nın məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

İ.Məmmədovun sözlərinə görə, "LUKoil" şirkəti rəsmi surətdə Azərbaycanın dövlət orqanlarına müraciət edərək müəssisədəki iştirak payından imtina etdiyini bildirib. Nəticədə, müəssisənin digər təsisçisi olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyi müəssisəni tam dəyərdə öz balansına keçirib.

Nazir müavininin sözlərinə görə, qarşı tərəfin payının alınması üçün vəsait ödənilməyib: "Alqı-satqı olmayıb, sadəcə "LUKoil" öz payından imtina edib\". Bununla yanaşı, İ.Məmmədovun sözlərinə görə, "AzEurotel"in fəaliyyəti gəlirli olmayıb və müəssisənin birləşmədən əvvəl borcları olub.

Qeyd edək ki, "LUKoil" şirkəti "AzEurotel" BM-də 49% paya malik olub.

Bütün xəbərlər Facebook səhifəmizdə