"Əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir" İQTİSADÇI ŞƏRH ETDİ

"Azərbaycan inşaat sahəsində bir sıra ölkələrlə xüsusilə MDB ölkələri ilə əməkdaşlıq edir". Bunu SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib.

V.Bayramov vurğulayıb ki, son dövrlərdə Azərbaycanda inşaat sektorunun inkişaf etməsi müşahidə olunur: "Pandemiyadan sonra ən çox inkişaf edən sektorlardan biri də inşaat sektoru olacağı gözlənilir. Azərbaycan inşaat sektorunda yeni texnologiyaları tətbiq edən ölkələrdəndir və daha sürətli iqtisadi işlərin həyata keçirilməsi üçün zəmin yaranıb. Fikrimcə, Bakıda MDB ölkələrinin inşaat üzrə Hökumətlərarası Şurasının iclasının keçirilməsi təcrübələrin bölüşülməsi baxımından vacibdir. Xüsusən də Azərbaycanın bu sahədə əldə etdiyi uğurun və həyata keçirilən islahatların təqdim edilməsi baxımından həmin iclasın keçirilməsi çox vacibdir. Bu iclasda texnologiyanın təqdim edilməsi ilə yanaşı, müasir yanaşmanın tətbiqindən də söhbət gedir. Bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir. Rusiya və bir sıra MDB ölkələri inşaat sektorunda kifayət qədər böyük bazara malikdirlər və onların da inşaat sahəsində kifayət qədər təcrübələri var. Bu qarşılıqlı təcrübələrin bölüşdürülməsi baxımından da xüsusi imkanlar yaradacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə