Azərbaycan neftinin bir barreli 61,31 dollara satılır

Azərbaycan neftinin bir barreli 61,31 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşıb. SİA-nın məlumatına görə, "Azeri Light" markalı neftin bir barrelinin qiyməti 2,37 dollar ucuzlaşaraq 61,31 dollar təşkil edib.

Qeyd edək ki, "Azeri Light" neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə