Rusiya hökuməti ərzaq qiymətləri ilə bağlı vəziyyəti nəzarətdə saxlamağa çalışır. SİA bu barədə rus mətbuatına istinad edərək bu fikirlərin Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov tərəfindən səsləndirildiyini bildirir.
Peskova görə, təbii ki, hər şeyə nəzarət etmək olmur. Məsələn, bazarın bir sıra amillərin təzyiqi altında olduğundan, bu ərzaq məhsullarının qiymətlərini dəyişkənliyə sövq edir. Amma buna baxmayaraq, hökumət təsirli vasitələrdən istifadə edərək bu amilləri amortizasiya edir. Bəlkə də elə bunun nəticəsidir ki, vəziyyəti hələ də nəzarətdə saxlayırıq.
Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiya hökuməti əsas mal və xidmətlərin qiymətlərinin daimi monitorinqini tətbiq etdiyini elan etmişdi. Belə ki, dəyər artımının sürətlənməsi və ya bahalaşma riski qeydə alınarsa, müvafiq şöbələr mümkün cavab tədbirləri barədə təkliflər hazırlanacaq.
Qərara əsasən, mal və xidmət qrupları nazirliklərə və idarələrə təyin olunur, onlar da qiymətləri izləmək məsuldurlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB