Azərbaycanlı startapçılarla ortaq layihələrimiz olacaq - Bayraktar
Türkiyə Texnologiya Fondu olaraq Azərbaycanda startapçılarla ortaq layihələr həyata keçirməyi düşünürük. SİA xəbər verir ki, bunu türkiyəli iş adamı, "Bayraktar" pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktar deyib.
O bildirib ki, bununla əlaqədar olaraq yaxın zamanlarda təmaslar olacaq: "Bizim "Texnofest" olaraq kodlama kimi sahələrdə təlimlər keçirmək planlarımız var. Ümid edirik ki, ödənişsiz təlimlərimz Azərbaycanda tez bir zamanda başlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB