Rusiyada benzin qıtlığı yaranıb

Rusiyada benzin qıtlığı yaranıb. SİA xəbər verir ki, ölkənin Tuva regionunda yaranan qıtlıq onun qiymətinə də böyük təsir edib.

Belə ki, benzinin 1 litrinin qiyməti əvvəlkinə nisbətən 50 rub bahalaşıb. Bahalaşma yanacaq doldurma stansiyalarında növbələrə səbəb olub.

Qeyd edək ki, yaranan qıtlıqla bağlı rəhbərlik federal yardım üçün müraciət edib. Tuva respublikasının baş naziri Şolban Kara-ool isə Rusiyanın energetika nazirinə teleqram göndərərək, problemin həllində köməklik göstərilməsini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə