Türkiyə şirkətlərindən azad edilmiş ərazilərin bərpasına investisiya - 50 milyon dollar

Türkiyə şirkətləri azad edilmiş ərazilərdə tekstil sahəsinə 50 milyon dollar investisiya qoyacaq.

Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması üçün ilkin mərhələdə 50 milyon dollar investisiya qoymağı nəzərdə turtur. SİA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Tüm Kalkınma İş Adamları və Girişimcilər Təşkilatının İdarə Heyətinin sədri İlhami Öztürk deyib.

Görüş zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri, orada məskunlaşacaq insanların məşğulluğunun təmin edilməsi məsələləri müzakirə edilib.

Öztürk bildirib ki, rəhbərlik etdiyi təşkilat həmin ərazilərdə bərpa işlərinə dəstək göstərməyə hazırdır və səfərin məqsədi Azərbaycanın müvafiq qurumları ilə bu məsələləri müzakirə etməkdir.

Onun sözlərinə görə, Azərbaycana bu istiqamətdə dəstək proqramı çərçivəsində daha çox sənaye zavodlarının və tekistil fabriklərinin qurulmasına üstünlük verilməsi nəzərdə tutulur.

Görüşün sonunda Sahibkarlar Konfederasiyası ilə TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə