CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 2-də 48,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur. Bu barədə SİA-ya ölkənin neft-qaz sektorundan bildirilib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 48,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 47,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 47,73 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,71 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə