Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü qeyd edilib
Bu gün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü münasibətilə "Yeni nəsil texnologiya - elektron tipli ATS-lərin tətbiqi" mövzusunda tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününün yaranma tarixindən danışıb. O, qeyd edib ki, 2001-ci ildən etibarən Beynəlxalq Kommunikasiya İttifaqının BMT-yə üzv olan bütün ölkələrdə İKT-nin səmərəli təşkili haqqında xüsusi tövsiyələri var və hər il - 2006-cı ildən indiyədək Beynəlxalq Kommunikasiya İttifaqı tərəfindən bütün dünyada aktual mövzular müzakirəyə çıxarılır. Belə ki, bu il diqqəti kənd yerlərində və ucqar bölgələrdə informasiya texnologiyalarından səmərəli istifadəyə yönəltmək tövsiyə olunur.
Çıxışı zamanı İ.Məmmədov deyib ki, kənd yerlərində və ucqar bölgələrdə informasiya texnologiyalarından səmərəli istifadə Azərbaycan üçün də çox aktualdır. Çünki hazırda Bakı şəhərində analoq tipli ATS-lərin fəaliyyəti tamamilə dayandırılıb və həmin ATS-lərin müasir ATS-lərlə əvəz ediləcək: "Çünki Azərbaycanda da kənd yerlərində, rayonlarda və ucqar bölgələrdə yüksək inkişaf etmiş xüsusi informasiya texnologiyalarından istifadə şəraiti olmalıdır. Bunun üçün geniş baza yaradılıb, artıq ötən ilin sonuna Azərbaycanda bütün kəndlərdə və rayonlarda analoq tipli ATS-lər tamamilə ləğv olunub və elektron tipli ATS-lər quraşdırılıb. Bu ATS-lər ucqar rayon və kənd yerlərində yeni nəsil informasiya texnologiyalarından istifadəyə şərait yaradır".
www.iktnews.az internet saytının fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edən RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov saytda informasiya texnologiyaları haqqında, o cümlədən poçt sistemində dünyada və Azərbaycanda baş verən yeniliklərlə bağlı məlumatların olduğunu bildirib. M.Əmirov 2012-ci ildə Azərbaycanda rəqəmsal televiziyanın tam tətbiqinin nəzərdə tutulduğunu da bildirib.
Tədbirdə Azərbaycan Təhsil Nazirliyi ilə yanaşı, digər dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri də iştirak edib. Qeyd edək ki, Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü artıq 146 ildir ki, qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB