Azərbaycan neftinin bir barreli 42,01 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşıb. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,43 dollar azalaraq 42,01 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...