Hərbi gücü səciyyələndirən parametrlərdən biri canlı qüvvədir

Hərbi gücü səciyyələndirən parametrlərdən biri canlı qüvvənin kəmiyyətidir. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspert bildirib ki, bu isə birbaşa ölkənin demokrafik göstəricilərindən asılıdır: “Buna görə də Rusiya və Türkiyənin müqayisəli təhlilinə onun əhali sayından başlamaq istədim. 1991-ci ildə 56.5 milyon əhali sayına malik Türkiyədə bu say 2019-cu ildə 83.2 milyon nəfərə çatdı. Bu 18 il ərzində 27 milyona yaxın artım demək idi. Eyni statistikaya Rusiya prizmasından baxdıqda vəziyyət acınacaqlıdır. Rusiya əhalisində nəinki artım yoxdur, heç stabillik belə mövcud deyil. 1991-ci ildən 2019-cu ilə qədər olan dövr ərzində 148.7 milyon nəfərlik say 2 milyon azalaraq 146.7 milyona enmişdir.

Deməli, Türkiyədə bu göstərici artan, Rusiyada isə azalan istiqamətdə davam edir. Bu isə o deməkdir ki, hazırda geridə olan Türkiyə bir gün bərabərliyi təmin edib, daha sonra önə çıxacaq. Düzü, mənə həmin tarixi müəyyən etmək çox maraqlı idi. Buna görə də kompüterin və yuxarıda qeyd etdiyim statistik göstəricilərin köməyindən istifadə etməklə inkişaf dinamikasının qrafikini aldım. (Qırıq-qırıq xətt proqnoz edilən dinamikanı əks etdirir). Qrafikdən də göründüyü kimi təxminən 15 il sonra, yəni 2035-ci ildə bərabərləşmənin baş verəcəyini gözləmək olar. Hətta Rusiya höküməti tədbirləri güclındirərək azalmanın qarşısını alsa belə 5 illik bir xəta ilə bu bərabərlik baş verəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə