Azərbaycanın regionlarında daha iki vergi terminalı istismara verilib
Hacıqabul və Qobustan rayonlarında vergiödəyicilər üçün yeni xidmət terminallarının açılış mərasimləri keçirilib. SİA-nın Trend-ə istinadən verdiyi xəbərə görə, açılış mərasimində çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov yeni terminalın açılışının çox əlamətdar bir tarixə - müasir vergi sisteminin yaradıcısı, ümummilli lider Heydər Əliyevin 88 illik yubileyinə təsadüf etdiyini vurğulayaraq, vergi ödəyicilərinə xidmət terminallarının yerli sahibkarların işini asanlaşdırmağa şərait yaradacağını, onların məlumatlandırılmasında əhəmiyyətli rol oynayacağını qeyd edib. Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov yeni xidmət terminalının istifadəyə verilməsinin yerli sahibkarlar üçün daha əlverişli biznes mühitinin yaradılması istiqamətində atılan mühüm addımlardan biri olduğunu bildirib.
Bu, 2011-ci il ərzində sahibkarların istifadəsinə verilmiş sayca 12-ci xidmət terminalıdır. Hazırda respublikanın müxtəlif rayonlarında cəmi 28 belə terminal vergiödəyicilərə geniş çeşidli xidmətlər göstərir. Sahibkarlar terminallardakı texnoloji imkanlardan istifadə edərək vergi bəyannamələrini internet vasitəsilə vergi orqanlarına təqdim edə bilirlər. Burada vergiödəyicilərə bəyannamələrin və digər hesabat sənədlərinin düzgün tərtib edilməsi və göndərilməsi barədə izahatlar verilir, şəxsi vərəqələrindəki məlumatlara baxmaq imkanı yaradılır. Vergiödəyicilərə keyfiyyətli xidmət göstərmək üçün terminallar ən müasir texnologiya və avadanlıqlarla təchiz olunub.
Vergi orqanı işçiləri ilə sahibkarların canlı ünsiyyətini minimuma endirmək məqsədilə terminallarda yalnız Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının əməkdaşları çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB