Ölkədə qarğıdalı yığımı davam edir. SİA Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Azərbaycanda 2019-cu ildə 32.8 min hektar qarğıdalı sahəsi əkilib.

Məlumatda qeyd olunur ki, əkin sahəsi 2018-ci ilə nisbətən 3.5% artıb. Cari ildə isə ölkədə 34.6 min hektar qarğıdalı əkilib. 2019-cu ildə qarğıdalı istehsalı 2018-ci ilə nisbətən 14.4% artaraq 283.6 min ton olub. 2020-ci ilin yanvar-avqust ayları ərzində qarğıdalı istehsalı 56.9 min ton olub. Qarğıdalının məhsuldarlığı 2019-cu ildə 59.5 sent/ha təşkil edib, 2018-ci ilə nisbətən 3.1% artıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...