Üçüncü "InnoWeek - İnnovasiyalar həftəsi" keçiriləcək

Azərbaycanda oktyabrın 5-dən 9-dək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə üçüncü “InnoWeek – İnnovasiyalar həftəsi” keçiriləcək. SİA xəbər verir ki, bu barədə “Aztelekom” MMC məlumat verib.

Tədbirin əsas məqsədi ölkədə innovativ ideyaların yayılması, startap hərəkatının genişlənməsi və gənclər arasında innovativ düşüncənin inkişafıdır.

Koronavirus pandemiyası ilə əlaqədar “InnoWeek” innovativ ekosistemin qurulması prosesini sürətləndirəcək, gənclərin innovasiyalarta marağını artıracaq. Tədbirin onlayn rejimdə keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə