Post-pandemiya dövründə ölkəmizin sosil-iqtisadi inkişafı üçün başlıca istqamətlər
Sentyabrın 15-dək dövlət fermerlərə yazlıq əkinlərə görə 30 milyon manat subsidiya ödəyib. Aqrar Kredit və İnkişaf Agentliyinin məlumatına görə, yazlıq əkin bəyanı etmiş fermerlərin 99%-i (50146 nəfər) subsidiya alıb. SİA-nın məlumatına görə, bu il süni mayalanma ilə cins buzov əldə etdiyinə görə 27 910 fermerə 4 525 500 manat subsidiya ödənilib. 19 minə yaxın arıçıya dövlət 4 milyon manatdan artıq subsidiya ödəyib və 700 000 manatadək vəsaitin ödənilməsi üçün də monitorinqlər aparılır.
Pandemiya dövrundə aqrar sektorun əhmiyyəti
Dövlətin tənzimləyci, yönəldici və stimullaşdırıcı funksiyasının detallarında aqrar siyasətin mahiyyəti gizlənir. Belə ki, müvafiq statistika bu sahədə deövlət siyasətini aydın göstərir. Aqrar sektorun inkişafı üçün dövlət dəstəyi getdikcə həm optimallaşır, həm də effektivliyi artır. Məhz bu səbəbdən, kənddə iş imkanları və məhsul istehsalı həcmi getdikcə artır. Bu da öz növbəsində ÜDM-in artması ilə əlaqədar olaraq idxaldan asılılığın azalması, qeyri-neft ixracının artması, büdcəyə ödənişlərin çoxalması kimi iqtisadi vəziyyətin, məşğulluğun azalması, qiymətlərin aşağı düşməsi kimi sosial vəziyyətin yaxşılaşmasına gətirib çıxarır.
Məlum olduğu kimi, koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyət böyük şəhərlərdə vəziyyəti ağırlaşdırdı. İqtisadi durğunluq, işsizlik problemləri bütün ölkələrdə özünü biruzə verdi. Lakin bu, əlbəttə dediyimiz kimi yalnız şəhərlərin problemi kimi qaldı.
Kəndlərdə işlə, əmək fəaliyyəti ilə bağlı vəziyyət pisləşmədi, əksinə daha da yaxşılaşdı. Belə ki, şəhərlərdə bir çox müəssisələrin, idarələrin, ticarət obyektlərinin, hətta nəqliyyatın hərəkətində karantin rejiminə uyğun olaraq dayanmalar oldusa da, bu hal kəndlərdə, təsərrüfatlarda müşahidə olunmadı. Əksinə, ərzağa tələbat və idxalda məhdudlaşma yerli aqrar təsərrüftatların məhsullarına tələbatı artırdı. Bununla bağlı olaraq, kəndlərdə işə tələbat və təsərrüfatların gəlirləri də artmağa başladı. Çünki istənilən böhran dövründə ərzağa və sair gündəlik tələbat mallarına ehtiyac azalmır.
Aqrar siyasət demoqrafik balanslaşdırıcı rolunda
Ölkəmizdə əhalinin balanssız yerləşməsi ötən əsrin 90-cı illərinin əvvələində meydana çıxdı- regionlarda zavod və fabriklər bağlandıqdan, təsərrüfatlar işini dayandırdıqdan, işsizlik vüsət aldıqdan sonra əhalinin əksər hissəsi iş tapmaq üçün paytaxta axın etdi. Hazırda Bakıda, ümumiyyətlə, Abşeron yarımadasında ölkə əhalisinin yarısı - təxminən 5 milyon nəfərə yaxın insan cəmləşib.
Bu gün paytaxtda cəmləşən kənd əhalisinin böyük əksəriyyətinin kəndlərdə evi, torpağı və s. mülkiyyəti var. Bunlar bir növ daxili köçkünlərdir və öz yurdlarına qayıda bilərlər. Sadəcə onlara öz doğma yerlərində iş qurmaq üçün şərait yaradılmalı, dövlət dəstəyi göücləndirilməlidir. Bundan sonra Bakıya qeydiyyat və burada müvəqqəti yaşama şərtləri çətinləşdirilməlidir.
Əlbəttə, son dövrlərdə əhalinin balanslı yerləşməsi, tarazlı və davamlı sosial-iqtisadi inkişafı üçün dövlət tərəfindən bir çox proqramlar həyata keçirilib. Xüsusən də, Regionların inkişafına Dövlət Dəstəyi proqramları bu istiqamətdə ciddi uğurların əldə olunmasına gətirib çıxarıb. Belə ki, qlobal neft və maliyyə böhranları zamanı ölkəmizin əsas gəlir mənbəyi olan neft sektorundan gəlirlərin azalmasını qeyri-neft sektorundan əldə edilən gəlirlərin artması kompensasiya edə bildi.
Bu istiqamətdə ən effektiv proqramlardan biri də Özünüməşğulluq proqramıdır. Əhalinin işsiz hissəsi özünə kiçik biznes, istehsal və xidmət sahəsində fərdi iş qurmaq üçün bu proqrama müraciət edir və həmin iş üçün zəruri olan bütün avadanlıqlar, aparatlar və sə ləvazimatlar, həmçinin kəndlərdə, toxum, meyvə tingləri, mal-qara və sairlə təmənnasız təmin olunur. Bunun sayəsində, on minlərlə işsiz vətəndaş özünə iş yeri qurub. Nəticədə, həm ölkədə istehsal artır, həm xidmət sahələrində yeni iş sahələri yaranır, on minlərlə insan işlə təmin olunur, son nəticədə həm dövlət büdcəsinə vergi ödənişləri artır, həm sosial prolemlər azalır.
"Kəndə Qayıdış" sosial-iqtisadi proqramı nə vəd edir?
Bu istiqamətdə tədbirlərin və iqtisadi proqramların effektivliyini artırmaq üçün hökumət “Kəndə qayıdış” proqramı elan etməli, regionlarda yeni kiçik müəssisələrin, təsərrüfatların açılmasına daha böyük fikir verməlidir. Çünki, regionlarımızda iş üçün bütün imkanlar var - işi qüvvəsi, xammal, nəqliyyat infrastrukturu, yaxın bazarlar və s. Sadəcə, həm dövlət, həm də qeyri-dövlət investisiyaları regionlara yönəldilməli, güzəştli kreditlər, subsidiyalar artırılmalı, vergi və s. güzəştlər tətbiq edilməlidir. Xüsusilə, kiçik sahibkarlığa tam şərait yaradılmalıdır, bu, işsizlik problemini də birdəfəlik həll edə bilər. Buna görə də, bölgələrdə özünüməşğulluq proqramının miqyası və həcmi kəskin artırılmalıdır.
Pandemiya ilə bağlı yaranmış beynəlxalq vəziyyət bir daha göstərdi ki, gəlirlərimizin çox böyük hissəsini əldə etdiyimiz neft sektoruna güvənmək olmaz, qeyri-neft sektorunun inkişafı sürətləndirilməlidir. Bunu dövlətin başçısı də çıxşılarında qeyd edir.
Bunun üçün müvafiq maliyyə ehtiyatlarımız da var. Məsələn, xarici fondlarda 1-2 faizlik gəlirliliklə saxladığımız strateji ehtiyatlarımızın bir qismini geri çəkib, ölkə iqtisadiyyatına invest etmək vacibdir. Bu, dəfələrlə daha artıq gəlir gətirəcək. Xaricdən aldığımız gündəlik tələbat mallarının çox böyük hissəsini özümüzdə istehsal etmək üçün bütün imkanlar, xammal da var, sadəcə istehsal avadanlıqlarını alıb gətrmək kifayətdir. Ən pis halda yerli tələbatı ödəyəcəyik və xaricdən idxala yönələn külli miqdarda valyuta ölkəmizdə qalacaq.
Post-pandemiya dövrünə necə hazırlaşmalıyıq?
Əlbəttə, qeyri-neft sektorunun sürətli inkişafı bu dövr üçün əlahiddə vacibdir. Xüsusilə də, kənd təsərüfatı, aqrar sənaye və yüngül sənaye sahələrinə daha çox üstünlük verməliyik. Qlobal iqtisadi böhran ölkələrarası ticarəti xeyi zəiflədib, ekoloji problemlər bir çox ölkələrdə ərzaq və dərman çatışmazlığına səbəb olub. Əgər qlobal vəziyyət bir qədər də gərginləşsə və ya dünyada digər gözlənilməz problemlər də yaransa, ölkələr öz ümidinə qalacaq. Bu şəraitdə biz istənilən qlobal böhranlara və fors-major hallarına hazır olmalıyıq. Bunun üçün də ölkəmizin potensialından maksimum istifadə etməliyik.
Azərbaycan Prezidenti İlham Əliyev də məhz bu istiqamətdə çalışır və çıxışlarında bu məsələrin vacibliyini xüsusi vurğulayır. Şübhə yoxdur ki, tezliklə bu sahədə ciddi islahatlar və xüsusi proqramlar həyata keçiriləcək və biz özümüz istənilən qlobal böhrandan sığortalamış olacağıq.
Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB