6 ayda problemli kreditlərlə bağlı 700 mindən çox iş olub
Bu ilin 6 ayı ərzində icraya yönəldilən məhkəmə qərarlarının çoxu banklardakı kredit borcları ilə bağlıdır. SİA xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Baş idarəsinin Kredit borcları şöbəsinin rəis əvəzi Emin Veysov deyib.
Onun sözlərinə görə, həmin işlərdən bəziləri banklar tərəfindən geri götürülüb: "Bu ilin 6 ayı ərzində icrada olan 700 mindən çox işin yarısı problemli kreditlərlə bağlı olub. Ölkə başçısının problemli kreditlər barədə göstərişindən sonra banklarla bağlı 100 minə yaxın iş geri götürülüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB