Dəniz limanlarında 5 milyon ton həcmdə yükləmə-boşaltma işləri həyata keçirilib

Cari ilin yanvar-iyul aylarında dəniz limanlarında 5 milyon 206,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata əsasən, yüklərin 4 milyon 962,5 min tonunu və ya 95,3 faizini tranzit yüklər təşkil edib. Avqustun 1-nə limanlarda qalan yüklərin həcmi 139,2 min ton olub.

Yeddi ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 5,4 faiz artaraq 11,8 min nəfər təşkil edib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə