Bu il ölkədə 1074 minik avtomobili istehsal olunub

Cari ilin yanvar-iyul aylarında ölkədə 1074 və ya ötən ilin müvafiq dövrünə nisbətən 230 ədəd az minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata əsasən, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 183,1 milyon manatlıq məhsul istehsal edilib. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 92,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 57,7 faiz, maşın və avadanlıqların istehsalı isə 64,9 faiz artıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə