Holdinqin yaradılması ilə ölkədə iqtisadi şəffaflıq bərpa olunacaq - MÖVQE ÖZƏL

"Azərbaycan dövlət müəssisələrinin rolu kifayət qədər böyükdür. Belə ki, məşğulluğun 25 faizi dövlət müəssisələrinin payına düşür. Eyni zamanda dövlət müəssisələri vergi daxilolmalarının formalaşmasında xüsusi rola malikdir və Dövlət İnvestisiya Holdinqinin yaradılması dövlət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəffaflığın artırılması baxımından çox vacibdir". Bunu SİA-ya açıqlamasıdan Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, bu imkan verəcək ki, korporativ idarəetmə metodlarının dövlət müəssisələrində tətbiq edilməsi mümkün olsun: "Eyni zamanda hesabatlılığı artıracaq və ictimai nəzarət imkanlarının genişləndirilməsinə gətirib çıxaracaq. Holdinq tərəfindən konkret olaraq səmərəliliyi, eləcə də şəffaflığı ölçən göstəricilərdən və meyarlarından istifadə olunacaq. Bu da imkan verəcək ki, hər bir dövlət müəssisəsinin nə qədər səmərəli işlədiyi, eyni zamanda şəffaf olduğunu həmin meyarlar əsasında mümkün olsun. Bu dövlət müəssələrinin ixrac imkanlarının genişləndirilməsinə kömək edəcək. Çünki ixrac bazarlarının tapılması, rəqabət qabiliyyətli məhsulların istehsahsalının genişləndirilməsi və ixrac edilməsi baxımından vacib hesab olunur".

V.Bayramov hesab edir ki, Holdinqin yaradılması dövlət müəssisələrinin fəaliyyətinin genişləndirilməsi hesabına həmin müəssisələr tərəfindən investisiya qoyuluşlarının artmasına gətirib çıxaracaq: "Bu baxımdan Holdinq dövlət müəssisələri siferasında səmərəli və şəffaf idarəetmənin formalaşmasına imkan yaradacaq. Digər tərəfdən büdcədən ayrılan vəsaitlərin səmərəli istifadə olunmasına, qənaət edilməsinə, şəffaflığın artırılmasına, həmçinin özəl sektoru cəlb etməklə iqtisadiyyatda rəqabətin gücləndirilməsinə gətirib çıxaracaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...