Daha bir dövlət standartı təsdiq edilib

Daha bir dövlət standartı təsdiq edilib

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış AZS 586-2011 "İcra xidməti operativ nəqliyyat vasitələrinin rəng qrafikası sxemləri, fərqləndirici nişanları. Texniki tələblər" dövlət standartı təsdiq edilib və tətbiq vaxtı 10 may 2011-ci ildən müəyyən edilib.

Komitənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu standart Ədliyyə Nazirliyinin İcra baş idarəsinin xidməti operativ nəqliyyat vasitələrinə aid edilir və onların xarici səthlərinin rəng qrafikasının sxemlərini, üst yazılarını, fərqləndirici nişanlarına tələbləri müəyyən edir.

Standarta əsasən İcra xidməti operativ nəqliyyat vasitəsi ağ və qara rəngdə, kontrast yaradan rənglər isə tünd mavi, ağ və qara olmalıdır. Avtomobilin üzərində "İcra xidməti" ifadəsi və Ədliyyə Nazirliyinin emblemi həkk edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə