2011-ci il aprel ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 5 milyard 532,3 milyon manat təşkil edib. SİA-nın Azərbaycan Mərkəzi Bankının rəsmi saytın istinadən verdiyi məlumata görə, bunun 3 milyard 289,1 milyon manatı əhali tərəfindən yerləşdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,3% çoxdur.
2011-ci il aprelin 1-nə banklara qoyulan əmanətlərin 1 milyard 514,6 milyon manatı (46%) manatla, 1 milyard 774,5 milyon manatı (54%) isə xarici valyuta ilə cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB