Masallıda barama tədarükü davam edir

Masallıda barama tədarükü davam edir

Bu il Masallı rayonunda kümçülərə 140 qutu ipəkqurdu paylanılıb. İyunun 25-dək rayon üzrə kümçülər tərəfindən 2064,9 kq yaş barama tədarük olunaraq “Azəripək” MMC-yə təhvil verilib.

Rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək məqsədilə rayonda 11,1 hektar sahədə yeni tut bağları salınıb. Barama tədarükü davam edir.
Qeyd edək ki, Masallı rayonunun kümçüləri ötən il barama qəbulu məntəqəsinə 5 ton 319 kiloqram barama təhvil veriblər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə