Koronavirus dövründə bu ərzaqlar ucuzlaşıb STATİSTİKA

Koronavirus dövründə bu ərzaqlar ucuzlaşıb STATİSTİKA

2020-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-may aylarına nisbətən 102,9 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,0 faiz təşkil edib. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb

Məlumata görə, bu ilin istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, əvvəlki ilin may ayına nisbətən 102,9 faiz təşkil edib.

2020-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,7 faiz, əvvəlki ilin may ayına nisbətən 105,7 faiz təşkil edib. Aprel ayına nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, pasterizə olunmamış üzlü südün, yoqurtun, tərkibində qursaq mayası olan bərk və yumşaq pendirin, yumurtanın, kərə və zeytun yağlarının, alçanın, çiyələyin, qozun, kələmin, xiyarın, pomidorun, göyərtinin, bibərin, badımcanın, göy lobyanın,çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, təzə göbələyin, quru noxudun qiymətində olub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə