“İT- İP: yeni biliklərin ötürülməsi və qorunması” mövzusunda konfrans keçirilib
Bu gün İçəri şəhərdə Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə Müəllif Hüquqları Agentliyi Rabitə və İnformasiya Texnologiyaları nazirliyi ilə birgə "İT- İP: yeni biliklərin ötürülməsi və qorunması" mövzusunda simpozium keçirilib. SİA-nın məlumatına görə, konfransda Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, millət vəkili Qənirə Paşayeva, Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov və başqaları iştirak edib.
İlk olaraq çıxış edən K. İmanov çıxışında bildirib ki, informasiya texnologiyaları əsl mənada qlobal cəmiyyətin formalaşdırılmasına şərait yaradır: "Qloballaşan dünyada İT və İP birləşərək ümumi təsir gücünü daha da artırır. Bugünkü beynəlxalq simpozium isə İT- İP birləşməsinin problemlərini deyil, əksinə gücünün nümayiş etdirmək məqsədilə keçirilir. Çünki ilk dəfə olaraq biz konfransdakı çıxışları birbaşa on-line Web yayım ilə bu salondan translyasiya edirik. Burada səslənən fikirlər və tədqiqat arayışları aktual mövzularla bağlıdır".
Daha sonra rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, Azərbaycanda lisenziyalaşdırılmış proqram təminatından istifadə olunmasına xüsusi diqqət yetirilir: "Xüsusilə dövlət strukturlarında və təhsil müəssisələrində lisenziyalı proqram təminatından istifadə olunur. Bu baxımdan "Xalq kompüteri" layihəsini uğurlu hesab etmək olar. İnternetdə rəqəmli medianın yayılması da son illərin yeniliklərindən biridir. Bu baxımdan internet mühitinin informasiya təhlükəsizliyinin təmin edilməsinə ehtiyac duyulur. İnternet dünyada daim inkişaf edən iqtisadiyyat sahələrindən biridir. İnternetin mövcud olması hər bir istifadəçiyə imkan verir ki, zəngin biliklərə yiyələnsin".
Qeyd edək ki, konfransda səslənən məruzələr əqli mülkiyyət sahəsində erməni saxtakarlıqlarının tarixi, ermənilərin qədim və müasir dövrə aid tarixi yalanları, ərazi iddiaları və coğrafi uydurmaları, Azərbaycan xalqına məxsus olan maddi və qeyri- maddi mədəni irsə təcavüzü və mənimsəmələri məsələlərinə həsr edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB