Bakı-Tbilisi-Ceyhan ilə bu il 7,6 milyon ton neft nəql edilib
Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 9 506,9 min ton neft nəql edilib, bu da 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə 5% azdır.
Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, nəqletmənin 80,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-mart aylarında ərzində bu kəmər vasitəsilə 7 627 min ton neft ötürülüb (2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 6,4% azalma).
Dövr ərzində BTC kəməri ilə 1 110,3 min ton tranzit nefti də (6,3% azalma – red.) nəql edilib.
Qeyd edək ki, ötürmə qabiliyyəti gündə 1 mln. bareldir. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılmış və bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB