Neft bazarındakı krizisi necə dayandırmaq olar? EKSPERT RƏYİ

“Neft bazarının ən vacib üç oyunçusu - Rusiya, ABŞ və Səudiyyə Ərəbistanı koronavirus pandemiyasının genişmiqyaslı təsirini azaltmaq və neftə olan tələbatın azalması ilə bağlı razılığa gəlməlidirlər”. SİA-nın xəbərinə görə, bunu Meksikanın Enerji və Təbii Qaynaqlar Departamentinin aparıcı tərəfdaşı Ruben Krus müsahibəsində bildirib.

“Əgər üç ölkənin liderləri - ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya danışıqlar masasında oturub razılığa gəlsələr neft qiymətlərinin düşməsinin iqtisadi təsiri azala bilər. Bu, həm də bazar üçün yaxşı bir siqnal olar”, - deyə o bildirib.

Ekspertin fikrincə, koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsiri həm də geosiyasi münaqişələrə gətirib çıxarır ki, bu da nəticədə bir çox ölkələrə yayılır: “Ona görə də qlobal neft hasilatının 30% -dən çoxunu təmsil edən bu üç əsas oyunçunun bazarla bağlı qərar vermək məsuliyyəti var”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə