Aqrar Siyasət Komitəsinin onlayn iclası keçirilib ÖZƏL-ŞƏRH

Bu gün Aqrar Siyasət Komitəsinin onlayn iclası keçirilib və iclasda bir çox qanunlara dəyişikliklər əlavə olunub. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Millət vəkili qeyd edib ki, iclasda heyvanlar aləmi haqqında, ovçuluq haqqında, torpaq icarəsi haqqında, torpaq məcəlləsi, ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında, baytarlıq haqqında, yeyinti məhsulları haqqında qanunlara əlavə və dəyişikliklər olunub.
"Əlbəttə ki, qanunlara edilən əlavə və dəyişikliklər qanunvericiliyin daha da təkmilləşməsinə, bu sahələrdə işlərin daha da yaxşılaşmasına xidmət edir. Deputatlar müzakirə olunan qanunlara müsbət münasibətlərini bildirmişlər və həmin qanunların Milli Məclisin plenar iclasına çıxarılmasını təklif ediblər", deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə