"Azəraqrartikinti" Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

"Azəraqrartikinti" Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
"Azəraqrartikinti" ASC Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ayırıb. Məqsəd dünyanın əksər ölkələrini cənginə almış koronavirus (COVID-19) xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınmasına, ciddi qabaqlayıcı tədbirlər həyata keçirilməsinə və pandemiyanın biznes və iqtisadiyyatın bir çox sahələrinə vurduğu təsirini qismən də olsa qarşılamağa dəstək olmaqdır. SİA-nın xəbərinə görə, bu barədə "Azəraqrartikinti" ASC-dən məlumat verilib. Məlumatda, həmçinin bildirilir ki, "COVID-19" virusunun yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, "Azəraqrartikinti" ASC-yə daxil olan iş yerlərində heç bir ixtisar aparılmayacaq və bu müddət ərzində işçilərin xərcləri şirkət tərəfindən qarşılanacaq. "Azəraqrartikinti" ASC "COVID-19" virusu ilə mübarizə üçün bütün sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fonduna kömək etməyə və bu bəladan qurtulmaq üçün dövlətimizə dəstək olmağa çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə