Geoloji-kəşfiyyat işlərinə 130 milyon manat sərf olunub

2019-cu ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 130,1 milyon manat və ya 2018-ci illə müqayisədə 3,6 dəfə çox vəsait sərf olunub. SİA xəbər verir ki, artım neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilmiş vəsaitin 4,3 dəfə çoxalması hesabına baş verib.

Aparılmış geoloji-kəşfiyyat işlərinin 96,9 faizi neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilmiş və bu işlərə 126,1 milyon manat xərclənmişdir.

2018-ci illə müqayisədə ötən il hidrogeoloji işlərə 9,7 faiz, qeyri-filiz faydalı qazıntı yataqlarının kəşfiyyatına 3,1 faiz çox vəsait sərf edilmişdir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...