Yaxın 15 ildə Azərbaycanın 100-dən çox gəmiyə ehtiyacı olacaq

Yaxın 15 ildə Azərbaycanın 100-dən çox gəmiyə ehtiyacı olacaq

Azərbaycanda gəmiqayırma zavodunun tikintisi ilə bağlı tenderlər elan olunub. SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib. Tenderlərin bu ay ərzində elan ediləcəyini deyən şirkət prezidenti zavoda 450 milyon dollar investisiyanın qoyulmasının nəzərdə tutulduğunu və burada hər cür gəmilərin tikintisinin nəzərdə tutulduğunu qeyd edib.

 

Zavodda tikiləcək gəmilərin Xəzər hövzəsi ölkələrin tələbatını ödəyəcəyini dilə gətirən R.Abdullayev bildirib ki, layihənin icrasının 2013-cü ilin birinci yarısında başa çatdırılması planlaşdırılır. Zavodun fəaliyyətə başladıqdan sonra qəbul olunacaq sifarişlərə gəlincə, şirkət prezidenti bildirib ki, yalnız ARDNŞ-ə neft-qaz əməliyyatları həyata keçirmək üçün 15 ildə 100-dən çox gəmiyə ehtiyacı olacaq: "Əsas gəmi donanmamız dünyada ən böyük donanmalardan biridir və bu donanmadakı gəmilər əsasən ulu öndər Heydər Əliyevin 1970-ci illərdə hakimiyyətdə olduğu illərdə Azərbaycana gətirilib. Bu gəmilər köhnəlmə baş verib və 15 ildə 100-dən çox gəminin dəyişdirilməsini nəzərdə tuturuq. Təkcə Azərbaycanın zavoda sifarişləri böyük miqdarda olacaq".

 

Zavodda üzən qurğuların tikintisinin də planlaşdırıldığını deyən R.Abdullayev bir sıra həll olunmayan layihələrin də olduğunu bildirib: "Deyərdim ki, bu zavod Azərbaycanın icra etdiyi layihələrin tələbatını ödəmək üçün çatacaq. Eyni zamanda zavodun böyümə imkanını da qoymuşuq ki, xəzəryanı ölkələrin tanker sifarişlərini qəbul edək. Xəzəryanı ölkələrin də neft-qaz əməliyyatlarını həyata keçirmək üçün texnoloji gəmilərə ehtiyacı var".

 

R.Abdullayev qurudakı iqtisadi baxımdan səmərə verməyən neft yataqlarının da satılacağını söyləyib: "Dövlət Neft Şirkətinin strategiyasında neft-qaz hasilatını artırmaq üçün iri layihələri həyata keçirilməsi nəzərdə tutulub. Qurudakı az ehtiyatı olan yataqları başqa şirkətlərə satırıq ki, imkanlarımızı həmin yataqlarda xərcləməyək".

Bütün xəbərlər Facebook səhifəmizdə