"Məqsədimiz türkdilli dövlətlərin iqtisadi əlaqələrini genişləndirməkdir" AÇIQLAMA
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin növbədənkənar iclasında türkdilli dövlətlərin Türk İnvestisiya Fondunun yaradılması məsələsi müzakirə olunub. SİA xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev bu barədə məlumat verib.
O bildirib ki, iclasda əsas müzakirə olunan məsələlər şuranın fəliyyətini və türkdilli dövlətlərin iqtisadi əlaqələrini genişləndirmək, həmçinin şuraya üzv olmayan ölkələrinin də maraqlarını cəlb etmək, təşkilatın qlobal arenada tanıdılması və beynəlxalq təşkilatlarla da münasibətlərin inkişaf etdirilməsi məsələsi müzakirə edilib.
Amreyev qeyd edib ki, iclasın prioritet mövzusu türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsidir və bu məqsədlə Türk İnvestisiya Fondunun yaradılması məsələsi də təşkilatın əsas gündəmini təşkil edir.
Şuranın Türkiyədə keçiriləcək növbəti iclasında Türk İnvestisiya Fondunun qurulması məsələsi yenidən müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB