Azərbaycan dünyanın 20 ən islahatcıl ölkəsi sırasına daxil olub AÇIQLAMA

Azərbaycan dünyanın 20 ən islahatcıl ölkəsi sırasına daxil olub AÇIQLAMA

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilmiş, investisiya mühiti daha da yaxşılaşmışdır. Bildiyiniz kimi 2019-ci ildə ölkənin ümumi daxili məhsulu əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81,7 milyard manata çatmışdır. Bunu SİA-ya açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Departament rəhbəri Nicat Hacızadə bildirib.

İqtisadçı Azərbaycanın makroiqtisadi göstəriciləri dünya iqtisadi inkişaf tempinə nəzərən qənaətbəxş hesab edilə bilər sualına belə cavab verib: "ÜDM-in əsas hissəsini 41,4 faizi sənaye sahəsinin payına düşür ki, digər sahələrdə əsas pay sahələri ticarət və nəqliyyat vasitələrinin təmiri və tikinti əsas pay sahibidir. İnflyasiya 2,5 faiz təşkil edir ki, region ölkələri müqayisədə aşağıdır. Əhali gəlirləri isə 7,4 faiz artmışdır. Bu o deməkdir ki, əhali gəlirlər inflyasiyanı üstələmiş, yığım və investisiya üçün potensial yaranmışdır. Valyuta ehtiyatlarımız rekord səviyyədə, 6,4 milyard dollar artmışdır. Burada əsas səbəb idxalı əvəzləyən milli istehsalın inkişafı, qeyri-neft sektorunda ixrac üzrə artım, ölkəyə turist axının artmasıdır. Yuxarıda qeyd olunan göstəricilər dünyanın iqtisadi inkişaf templeri ilə müqayisədə, gələcək üçün müsbət proqnozların müəyyənləşdirilməsinə şərait yaradır".

Xarici iqtisadi təşkilatların Azərbaycan reytinqləri barədə fikirlərinə də nəzər salan Nicat Hacızadə qeyd edib ki, ölkəmiz ötən il dünyanın nüfuzlu Doing Business və Qlobal Rəqabətlilik Hesabatında yüksək qiymətləndirilib: "Belə ki, ölkəmiz son “Doing Business 2020” hesabatında dünyanın 20 ən islahatcıl ölkəsi sırasına daxil olmuşdur. Bundan əlavə, Azərbaycan Doing Business hesabatının “kreditə əlçatanlıq” indikatoru üzrə hesablanmaya əsasən, dünyada birinci pillədə yer almışdır. Habelə, Qlobal Rəqabətlilik Hesabatının son nəşrinə görə, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında qərarlaşıb. Söhbət makroiqtisadi sabitilikdən düşmüşkən qeyd edim ki, Azərbaycan makroiqtisadi vəziyyəti özündə ehtiva edən “makroiqtisadi sabitlik” indikatoru üzrə 23 pillə irəliləyib. Belə ki, inflyasiya və borc dinamikası əsasında hesablanan indikator üzrə bu səviyyədə irəliləyən yeganə ölkə Azərbaycandır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə